Qarabağ
İrəvanın təxribatına veriləcək cavab: Bufer zonanın yaradılması gündəmdə - VİDEO
09:57
“Baş verən təxribat onu göstərir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur. Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb. Belə bir niyyəti indi də yoxdu və daha əvvəllər olduğu kimi, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Ekspert qeyd edib ki, bu təxribatların qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək və adekvat cavab tədbirləri çərçivəsində bufer zonanın tarixi torpaqlarımız hesabına yaradılması da artıq kifayət qədər aktualdır:
“Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə suveren ərazilərimizdə xəsarət alırsa, belə bir vəziyyətdə hansısa sülh danışıqlarından söhbət gedə bilməz.
Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizə sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır”.
Aydan Beydullayeva
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat












.jpg)






















