Qarabağ
İrəvanda “Yaşma”dan danışırlar: Erməni dəstələrini məhv edəcəklər
44 günlük müharibədə Ermənistan ordusunun qorxulu kabusuna çevrilən Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri yenidən İrəvanda müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanla hüquq müdafiəçisi Siranuş Saakyanın keçirdiyi birgə mətbuat konfransında Xüsusi Təyinatlı Qüvvələrimizdən bəhs edilib.
Siranuş Saakyan “Yaşma”nın (ermənilər adətən Azərbaycan XTQ-sini belə adlandırır) 6 min xüsusi təyinatlısının Ermənistanla sərhəddə və Qarabağda olduğunu iddia edib. Əlavə edib ki, bu qüvvələrin bölgədə aktiv fəaliyyəti Azərbaycanın planlarıdnan xəbər verir.
“44 günlük müharibədən sonra “Yaşma” ilə yanaşı, Türkiyə ordusu modelində “Komando” birlikləri yaradıldı. Azərbaycan komandoları Hadrut və Kəlbəcərdə yerləşir. “Yaşma” xüsusi təyinatlılarının və komandoların hədəfi Qarabağda erməni hərbi birləşmələrini (separatçıların terrorçu dəstələri-red) məhv etməkdir. Azərbaycan bu hədəfini gizlətmir”, - Siranuş Saakyan iddia edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda suverenliyimizə təhdid olan separatçıları və onların terrorçu dəstələrini məhv etmək üçün Ali Baş Komandandan əmr gözlədiyi sirr deyil.
Asif
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ















.jpg)






.jpg)














.jpg)