Qarabağ
Separatçıların 3 mərhələli planı - Azərbaycanın yalnız bir yolu qalır
“Separatçılar gedən proseslərin hələ də mahiyyətini dərk etmək istəmirlər. Dərk edirlərsə də, buna müqavimət göstərmək fikrindədirlər. Onlar Ermənistan Silahlı Qüvvələrinin hələ də bizim ərazilərdə, Qarabağın dağlıq hissəsində qalan 10 min nəfərlik heyətinə güvənirlər. Onlardan beş mini Ağdərə rayonunda, iki min Əsgəran rayonunda, beş min Xankəndidədir. Üstəlik, rus sülhməramlılarının köməyi ilə əhaliyə özünü müdafiə qüvvələri adı altında silah paylayırlar. Onlar güya döyüşlərə hazırlaşırlar”.
Bu sözləri Publika.az-a Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Xankəndidəki separatçıların etirazlara başlamasına münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, separatçılar 3 mərhələli mübarizə kompaniyası nəzərdə tuturlar.
“Birinci mərhələdə əhalini Azərbaycana qarşı mübarizəyə hazırlamaq məqsədilə onları həm silahlandırmaq, həm də ideoloji cəhətdən apardıqları mübarizənin mahiyyətini izah etmək itəyirlər.
İkinci əsas mərhələ - dünyada müxtəlif beynəlxalq təşkilatlara müraciət və həmin təşkilatlardan "Artsax" adlandırdıqları bölgədə yaşayan ermənilərin öz müqəddəratını təyin etmək hüququna kömək göstərilməsini xahiş etməkdir. Bu istiqamətdə artıq müxtəlif müraciət taktikasından istifadə edirlər. Ən son variant Rusiyaya müraciət etməkdir.
Rusiyaya müraciət edib, guya Azərbaycanın etnik ermənilərə qarşı soyqırıma hazırlaşmasından narahat olduqlarını və buna görə də onları müdafiə etmələrini xahiş etmək fikrindədirlər. Bütün bu provakasiyaların başında orada olan Rusiya sülhməramlı qüvvələri dayanır. Yəni buradakı separatçı erməniləri Azərbaycanla mübarizəyə hazırlaşdırır, silah və sursatla təmin edirlər.
Üstəlik, görürük ki, Rusiya da Qarabağ ermənilərinin müdafiəsi istiqamətində müəyyən addımlar atılmağa başlayıb. Belə olan halda Azərbaycanın yalnız bir yolu qalır: Bunların ultimativ formada tərki-silah edilməsinə çağırış. Onlardan silahları yerə qoymaq və Azərbaycan qanunlarına riayət etmək tələb edilməlidir. Daha sonra onların - separatçı liderlərin mülki adamlardan ayrılması prosesinə başlamaq vacibdir. Çünki əhalinin böyük hissəsi nə müharibə aparmaq, nə də Azərbaycana inteqrasiya proseslərindən kənarda qalmaq istəmir. Onlar başa düşürlər ki, başqa çıxış yolu yoxdur”, - politoloq deyib.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycan Ordusunun qarşısında duran əsas məsələ Xankəndidəki separatçı liderləri cəmiyyətdən təcrid etmək məsələsini həyata keçirməkdən ibarətdir.
“Söhbət irimiqyaslı, hər hansı operativ əməliyyatlardan getmir. Ayrı-ayrı araqarışdıran adamlara qarşı yüngül, yumşaq güc tətbiq etməklə, onların həmin cəmiyyətdə təzyiq görməsinə nail olmaqdır. Bununla bağlı ciddi iş görülür.
Məncə, yaxın müddətdə Xankəndidə Azərbaycan Ordusunun, xüsusilə xüsusi təyinatlıların iştirakı ilə təcridetmə əməliyyatları aparıla bilər. Sözsüz ki, bundan qabaq onlara sonuncu dəfə ultimatum veriləcək və Azərbaycan cəmiyyətinə inteqrasiya məsələləri üzrə danışıqlar aparılması tələb olunacaq. Bu, baş tutmasa, onda qeyd etdiyim kimi yumşaq güc tətbiqi ilə həmin insanların zərərsizləşdirilməsi və əsas əhali kütləsindən ayrılması prosesi başlamalıdır.
Çünki Ermənistan bizim ərazi bütövlüyümüzü tanıyıb. Onlar açıq etiraf edirlər ki, Qarabağ məsələsi Azərbaycan Konstitusiyasının tələbləri çərçivəsində nizama salınmalıdır. Onlar Qarabağ məsələsində Azərbaycanla qarşıdurmaya getməyəcəklərini bildirirlər. Onların təhlükəsizliyi və bu məsələlərin həllinin beynəlxalq ictimaiyyətin nümayəndələri ilə həll edilməsi məsələsini də ortaya atırlar. Amma hər halda əvvəlki kimi radikal formada Qarabağ ermənilərinin mübarizəsi məsələsindən söhbət belə gedə bilməz. Biz isə ərazilərimiz üzərində suverenliyimizi təmin etmək üçün tədbirlər işləyib hazırlamışıq və onu həyata keçirməliyik”,- deyə politoloq yekunlaşdırıb.
Qeyd edək ki, Emənistan hakimiyyəti Brüsseldə Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Xankəndidə separatçı rejimin ləğv edilməsi istiqamətində proses sürətlənib.
Ayşən Rəhim
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR






















.jpg)

















