Qarabağ
Xankəndiyə nəzarət uğrunda mübarizə qızışır - Araikə vaxt verildi
Xankəndidə separatçı rejim daxilində siyasi böhran dərinləşir.
Publika.az xəbər verir ki, Samvel Babayan və Ruben Vardanyan açıq mübarizəyə başlayıb.
Hər iki tərəf qondarma “dövlət naziri” postunu istəyir və baş separatçı Araik Arutyunyanın istefa verməsini gündəmə gətirir.
Vardanyan dünən konfrans keçirərərk, “müdafiə cəbhəsi” yaratmaq təklifini irəli sürdü. O, Araik Arutyunyana 50 səhifədən ibarət “çıxış yolu” təqdim edib. Babayan da öz təkliflərini verib. Hər ikisi öz təşəbbüslərinin qəbul edilməsinə çalışır və hər iki tərəf buna görə Araikə təzyiq göstərir.
Bununla yanaşı, Babayan Vardanyanı “teledebata” çağırıb. Ermənistan mediası yazır ki, bütün bu qarşıdurma problemlərin həlli yox, tamaşanın qurulmasından başqa bir şey deyil.
Separatçıların qondarma “parlamentinin spikeri” Artur Tovasyan isə Araik Arutyunyana iki seçim təqdim edib: ya “müdafiə komitəsi” yaratsın və Babayanla Vardanyanı ora daxil etsin, ya da qondarma “etimad referendumu” keçirərək, istefa versin.
Qondarma “müdafiə komitəsi” 90-cı il modelinə uyğun ola bilər: bütün səlahiyyətlər bu komitəyə verilir və Araik Arutyunyanın heç bir səlahiyyəti qalmır. Erməni mənbələr yazır ki, Araikə vaxt verilib. Babayan və Vardanyan Arutyunyandan təkliflərinin qısa müddətdə qəbul edilməsini tələb edir. Tovasyan isə problemləri həll etmək, öz mövcudluqlarını qorumaq üçün Araikin qısa müddətdə istefasının vacibliyini bildirir. Baş separatçı hazırda üç tələb arasında seçim qarşısında qalıb.
Proseslər göstərir ki, separatçı rejim daxilində Xankəndiyə nəzarət uğrunda ciddi qarşıdurma yaşanır.
Asif
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov






















.jpg)

.jpg)














.jpg)