Qarabağ
Araik Bakıya müharibə elan etdi - Qarabağda hücum hazırlığı - VİDEO
09:12
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına dair bəyanatından sonra Xankəndidəki separatçılar etirazlara başlayıb.
Publika.az xəbər verir ki, erməni baş nazirə etiraz edən separatçılar Azərbaycana tabe olmayacaqlarını bəyan edirlər.
Baş separatçı Araik Arutyunyanın dünən yaydığı qondarma bəyanat Azərbaycana qarşı müharibəyə hazırlıq kimi də qəbul edilə bilər. Arutyunyan açıq şəkildə bildirir ki, Azərbaycanın tərkibində heç vaxt yaşamayacaqlar, hətta Bakı və İrəvan sülh müqaviləsi imzalasa da, bunu qəbul etməyəcəklər. Araikin bəyanatı separatçıların Qarabağdakı erməni əhalisinin reinteqrasiya olunmasının da qarşısısını alacaqlarını deməyə əsas verir.
Bu vəziyyətdə separatçıların bundan sonra hansı istiqamətdə hərəkət edəcəkləri məsələsi də önə çıxarır və belə görünür ki, onlar öz mövqelərini davam etdirmək üçün növbəti mərhələdə “silahlı müqavimət” təşkil edəcəklər. Bu “silahlı müqavimətə” qanunsuz erməni silahlı dəstələri ilə yanaşı, erməni əhalisinin də cəlb ediləcəyi ehtimalı var. Son dövrlər atılan bir neçə addım da separatçıların təxribatlara hazırlaşdığı gözləntisini artırır:
- Silahlı dəstələrini gücləndirmə istiqamətində addımlar atırlar;
- Xocalıda rus sülhməramlılarının müşaiyəti altında hərbi təlimlərə başlayıblar;
- Cinayətkarları azad edərək, əllərinə silah vermək istəyirlər;
Separatçıların Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyəcəyi bəllidir. Lakin burada məqsəd qarşıdurma, xüsusilə əhalinin zərər görəcəyi vəziyyətin yaradılması ilə reinteqrasiya prosesinin başlanması perspektivini baltalamaq, həm də beynəlxalq ictimaiyyətdə “erməni əhalisi Azərbaycanla birlikdə yaşamaq istəmir” rəyini yaratmaqdır.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)