Qarabağ
Moskva masasındakı sənədlər: Görüşdən öncə baş verənlərin pərdəarxası
Moskvada planlaşdırılan üçtərəfli görüş yaxın saatlarda baş tutacaq. Prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və erməni baş nazir Nikol Paşinyanın görüşü ilə bağlı müxtəlif məlumatlar yayılır.
Publika.az xəbər verir ki, görüşdə sülh sazişi ilə bağlı niyyət protokolunun imzalanacağı, yaxud kommunikasiyanın açılması ilə bağlı ayrı, sülh sazişi üzrə ayrı bir sənədin imzalanacağı məlumatları var.
Ermənistan və Rusiya mediası görüşlə bağlı müxtəlif informasiyalar tirajlayır.
“Hraparak” nəşri Moskvanın əlində bir neçə variantın olduğunu iddia edir.
“Moskva üçün məsələ İrəvan, yaxud Bakının maraqları yox, Cənubi Qafqazdakı maraqlarıdır. Belə görünür, İrəvanın maraqları arxa plana keçib. Rusiya xarici İşlər Nazirliyinin “biz vasitəçiyik, Qarabağ məsələsi Ermənistanın məsələsidir” açıqlaması da bunu deməyə əsas verir. Bu gün Moskvada sənəd imzalansa, deməli, Qərb də prosesə loyal yanaşır”, - nəşr yazır.
“Kommersant” nəşri diplomatik mənbələrə istinadən görüşdə ən azı iki üçtərəfli sənədin imzalanacğını yazır.
“Bunlardan biri kommunikasiyanın açılmasıdır. Görüşdən öncə nəqliyyatın blokadadan çıxarılması üzrə işçi qrupunun müzakirələri də bu yöndə idi. Bakı üçün Naxçıvana çıxış prinsipial məsələdir. Digər sənəd isə XİN rəhbərlərinin üçtərəfli qaydada sülh sazişinə dair hazırladıqları layihədir”, - nəşr mənbələrə istinadən diqqət çatdırır.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






















.jpg)

.jpg)














.jpg)