Qarabağ
İlham Əliyev Putinə Xankəndi ilə bağlı nələr dedi?
Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasında Prezident İlham Əliyevin erməni baş naziri Nikol Paşinyanın Laçın postu ilə bağlı iddialarına cavabında Xankəndi detalı da xüsusi diqqət çəkir.
Publika.az xəbər verir ki, Azərbaycan lideri erməni baş nazirin “Laçın dəhlizi bloklanıb” iddiasına cavabında “heç bir dəhlizin bloklanmadığını” dedi və qeyd etdi ki, Laçın-Xankəndi yolu açıqdır.
“Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”, - Prezident qeyd edib.
Əliyev bununla Paşinyanı yerində oturtdu, lakin cavabında “Azərbaycan vətəndaşları və Xankəndi” detalını vurğulaması da səbəbsiz deyil.
Birincisi, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu Rusiyanın moderatorluq etdiyi platformada elan etdi və separatçıların bel bağladığı Moskvaya da mövqeyini çatdırdı;
İkincisi, bölgədə yaşamaq, həmçinin, Laçın postundan maneəsiz istifadə etməyin yeganə yolunun Azərbaycan vətəndaşlığını qəbul etmək olduğu mesajını verdi;
Əliyevin Paşinyana cavabı həm də masada əyləşən Putinə mesaj idi.
Asif
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO




































.jpg)
