Qarabağ
Qarabağda erməni dəstələr müharibəyə hazırlaşır - TERROR PLANI
Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Xankəndidəki separatçıları əhəmiyyətli dərəcədə radikallaşdırıb və onlar istənilən təxribata hazırdırlar.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko son dövrlər Qarabağdakı qanunsuz silahlı birləşmələrinin Azərbaycan ordusuna qarşı təxribatlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağda silahlı təxribatlar və terror aktları gözləntisi çoxdur: “Separatçıların daha da radikallaşması müxtəlif ölkələrdə erməni diasporunun Qarabağ mövzusunda siyasi səylərini artması ilə üst-üstə düşür. Bütün bu amilləri birləşdirəndə, təxribatların baş verəcəyi kifayət qədər real görünür. Bəlkə də bu təxribatlar yaxın gələcəkdə törədiləcək”.
Rusiyalı politoloq hesab edir ki, Paşinyan Qarabağ separatçıları üzərində nəzarəti itirir.
“Paşinyan hakimiyyəti artıq separatçıların davranışlarına tam nəzarət edə bilmir. Qismən nəzarət qala bilər, lakin tam deyil. Unutmaq olmaz ki, Qarabağda təkcə erməni yaraqlıları yox, həm də Ermənmistan Müdafiə Nazirliyinin əmri ilə hərəkət edən silahlı dəstələr var. Bununla yanaşı, Ermənistanın hərbi kəşfiyyatının nümayəndələri də Qarabağdadır. İrəvanın nzəarəti xeyli dərəcədə azaldığı üçün artıq erməni silahlı dəstələri müstəqil hərəkət edirlər”, - o bildirib.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)














.jpg)