Qarabağ
Xankəndidə qəbul etdilər: ermənilərin reinteqrasiyası üçün ilk addım atıldı
Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyası istiqamətində ilk addım atdıldı. Bir neçə gün öncə 28 erməninin Laçın postundan Azərbaycan qanunvericiliyi çərçivəsində bütün prosedur qaydalarına uyğun şəkildə keçərək, Ermənistana getməsi reinteqrasiyanın ilk mərhələsi olaraq qiymətləndirilir.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri separatçı rejimin rəsmi Bakının reinteqrasiya tələbi ilə razılaşmaq məcburiyyətində qaldığını yazır.
Separatçılar bildirirlər ki, 28 nəfər Laçın postundan istifadə etməklə Qarabağdan Ermənistana gedib: “Qarabağda və Ermənistanda yüzlərlə insan gediş-gəliş üçün gözləyir”.
Nəşr qeyd edir ki, yaxın dövrdə Laçın postundan sərnişinlərin kütləvi istifadəsinə başlanılacaq.
“Bu, Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsinin qəbul edilməsi və ermənilərin şüurunda legitimləşdirilməsi deməkdir. Qarabağdakı mənbələrimiz bildirirlər ki, Araik Paşinyanın istəyi ilə bunu edir və beləliklə, Qarabağın Azərbaycana reinteqrasiyası prosesində ilk addımlar atılır. Əldə etdiyimiz məlumatlara görə, ermənilərin Azərbaycanın nəzarəti altında gediş-gəlişinin həyata keçirilməsinə razılıq verilib”, - nəşr yazır.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)














.jpg)