Qarabağ
Azərbaycanlılar Mehriyə qayıdır: anlaşma və 2026-cı il planı erməniləri qorxuya saldı
Ermənistanda Bakı və Ankaranın Azərbaycanın tarixi torpağı olan Mehrini tədricən nəzarətə götürəcəyi düşüncələri var. İki məqam ermənilərin qorxularını artırır:
Birincisi, bölgədə kommunikasiyanın açılması istiqamətində müəyyən razılaşmalar var: tərəflər Moskvada Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmiryolunun bərpası ilə bağlı anlaşdılar;
İkincisi, Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışı sürətləndirir: 2026-cı ilin sonuna qədər 34 min 500 ailənin köçürülməsi planlaşdırılır, bu, təxminən 70-80 min nəfər deməkdir;
Ermənistan bölgədə, xüsusilə Mehri ilə sərhəd ərazidə demoqrafik vəziyyətin dəyişməsi perspektivindən təşvişə düşüb.
Publika.az xəbər verir ki, erməni şərhçi Akop Badalyan yazır ki, yolların açılması və bölgədə demoqrafik vəziyyətin dəyişməsi Ermənistan üçün strateji əhəmiyyətə malik olan Mehrinin tədricən Bakı və Ankaranın təsirinə keçməsi perspektivi yarada bilər.
“Mehridə cəmi 5 min insan yaşayır. Əgər Zəngəzurda kommunikasiya işə düşərsə, bu yollardan gündəlik istifadə edən insanların sayı da elə 5 minə yaxın olacaq. Bununla yanaşı, yükdaşımalar həyata keçiriləcək, beləliklə, yük avtomobillərinin sürücüləri üçün Mehri daimi marşruta çevriləcək. Söhbət türk demoqrafik elementindən gedir, onların təsiri həmişə güclü olur. Beləliklə, Bakı və Ankaranın Mehri üzərində təsiri güclənəcək, ermənilər türklərin (azərbaycanlılar) demoqrafik üstünlüyü qarşısında duruş gətirə bilməyəcək, şəhər tədricən nəzarətə götürüləcək. Bu, indiki perspektivdə inandırıcı görünməsə də, uzaq perspektivdə risklidir”, - o deyib.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)














.jpg)