Qarabağ
Bakı irəliləyir, separatçılar yalvarır - Araikdən Putinə şok məktub
Xankəndidəki separatçıların “başçısı” Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə məktub ünvanlayıb.
Publika.az xəbər verir ki, Araik Putinin adı gününü bəhanə edərək, ona ünvanladığı məktubda Rusiya prezidentindən Qarbağda separatizmə dəstək verməsini xahiş edir.
Məktubun mətni separatçıların “başçısı”nın Putinə yalvardığını deməyə əsas verir.
Araik Azərbaycanın separatizmə qarşı addımlarından şikayətlənir və bunun Rusiyanın təhlükəsizlik təminatlarına qarşı addım kimi təqdim edir. Bununla Putinə demək istəyir ki, “Bakı Moskvanın Qarabağ planını pozur”, “Rusiyanın bölgədəki maraqları üçün separatçıların mövcudluğu əhəmiyyətlidir”.
Moskvanın Qarabağdakı planları, eləcə də Azərbaycanın öz suverenliyinə qarşı olan təhdidləri aradan qaldırmaq istiqamətindəki addımları sirr deyil. Burada əsas məsələ separatçıların “başçısı”nın bu məsələləri dilə gətirərək, Putinə “bizi xilas edin” məğzindəki yalvarmasıdır. Və bu məqam separatçıların indiyə qədər arxalandığı Rusiyanın da artıq onları qorumadığı, yaxud qoruya bilmədiyi reallığının dilə gətirilməsidir.
Asif
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."



































