Qarabağ
Putin Soçidə Paşinyana Zəngəzur dəhlizi ilə bağlı nələr deyib?
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi görüşündə üçtərəfli bəyanatın icrası müzakirə olunub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.
Onun sözlərindən belə anlaşılır ki, əsas müzakirə mövzusu üçtərəfli bəyanatın 9-cu bəndi – Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi olub.
“Rusiyanın iştirakı ilə aparılan danışıqlarda bu məsələ daim gündəmə gətirilir, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Zəngəzur dəhlizini Ermənistana qarşı ərazi iddiası olaraq qəbul edirik, bunu baş nazir Paşinyan da bildirdi. Mövqeyimiz dəyişmir”, - o deyib.
Qeyd edək ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini icra etmir. Bu dəhlizdə əsas maraqlı tərəflərdən biri də Rusiyadır. İrəvanın mövqeyini təkcə Bakı yox, Moskva da qəbul etmir. Görünür, Putinlə Paşinyanın görüşündə də bu məsələ müzakirə edilib.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)