Qarabağ
ABŞ separatçılara ultimatum verir, Rusiya niyə narahat olur? - ŞOK DETALLAR
Rusiya tərəfi Vaşinqtonun Bakı ilə Xankəndi arasında dialoqda vasitəçilik xidmətlərini tətbiq etməyə çalışması barədə məlumatlardan narahatdır.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Co Bayden administrasiyasının rəsmilərinin Dağlıq Qarabağa qarşı təhdidləri barədə xəbərlər ABŞ vasitəçilərinin adekvatlığı ilə bağlı suallar yaradır.
Qeyd edək ki, elə “RİA Novosti” məlumat yaymışdı ki, ABŞ separatçılara xəbərdarlıq edib ki, Azərbaycana inteqrasiya etsinlər, əks təqdirdə Bakı antiterror əməliyyatı keçirəcək.
“RİA Novosti” mənbəni açıqlmayıb. Böyük ehtimalla, belə bir mənbə də yoxdur. Sadəcə Rusiya tərəfi Azərbaycanın separatçılara qarşı antiterror əməliyyatı keçirəcəyinin vaxtının çatdığını bilir, amma bunun qarşısını almaqda acizdir. Ona görə də ənənəvi taktikasını – təxribatlarını işə salıb.
Bu təxribatla Kreml həm ABŞ-ın ermənilərin düşməni olduğu görüntüsü yaradır, həm də Xankəndidə inteqrasiyaya loyal münasibət bəsləyən şəxsi - separatçıların “xarici işlər naziri” Sergey Qazaryanı hədəfə gətirir. Çünki “RİA Novosti”nin yaydığı məlumatda bildirilir ki, ABŞ-ın təşəbbüsünə lobbiçilik edən şəxs Qazaryandır. Böyük ehtimalla, Qazaryan rusların sözü ilə oturub-durmadığı üçün Moskva onun yerinə öz adamını gətirmək istəyir.
Ancaq proseslərin axarı göstərir ki, Rusiyanın çabaları əbəsdir, antiterror əməliyyatı olacaq və Moskvanın təxribatları da bunun qarşısını ala bilməyəcək.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)