Qarabağ
Qərar verildi: Paşinyan bu qızları Azərbaycan əsgərinin üzərinə göndərir - FOTO/VİDEO
Ermənistan parlamenti qadınların hərbi xidmət keçməsi ilə bağlı layihəni birinci oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, “Müdafiə haqqında” və “Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” qanuna edilən əlavə və dəyişikliklər 62 səs “”lehinə”, 26 səs “bitərəf” olmaqla qəbul olunub.
Dəyişikliyə görə, hərbi xidmətə 18-27 yaş arası olan qadınlar cəlb ediləcək, xidmət müddəti 6 ay olacaq, altı aydan sonra istəyən şəxslər beş illik müqavilə ilə xidmət edə biləcəklər. Altı aylıq xidmətdən sonra qadınlar 1 milyon dram (2,5 min dollar) mükafat alacaqlar.
Ermənistanda qadınların hərbi xidmətə cəlb edilməsi canlı qüvvə çatışmazlığının aradan qaldırılmasına hesablanıb. Çünki 44 günlük müharibədə on minə yaxın itki verən, on minlərlə hərbçisi yararsız vəziyyətə düşən Ermənistanda şəxsi heyət çatışmazlığı ciddi problem olaraq qalır. Lakin qadınların hərbi xidmətə cəlb edilməsi birmənalı qarşılanmayıb, ermənilər “Paşinyan qızlarımızı Azərbaycan əsgərinin üzərinə göndərir” kimi fikirlər səsləndiriblər.
Asif
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."



































