Qarabağ
Ruben "Sülhməramlılar"ın qara siyahısında: Dərhal həbs...
Qarabağ separatçılarının keçmiş “dövlət naziri”, Azərbaycanın Qarabağ iqtiqadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasına göndərilən rusiyalı milyarder Ruben Vardanyan “Sülhməramlı” Mərkəzin (Миротворец) sanksiya bazasına daxil edilib.
Publika.az xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.
Məlumata görə, o, “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi siyahıda yer alıb.
“Sülhməramlılar” Mərkəzi hüquq-mühafizə orqanlarından xahiş edir ki, internet saytındakı bu dərci həmin vətəndaşın Ukraynanın milli təhlükəsizliyinə, sülhə, insanlığa və beynəlxalq asayişə qarşı qəsdən hərəkətlər törətməsi, habelə digər qanun pozuntuları barədə bəyanat kimi qiymətləndirsinlər”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Vardanyan Ukraynaya qarşı təcavüzə şərikdir. Hələ yanvar ayında Mühafizəkarlar Partiyasından Britaniya parlamentinin üzvü Bob Blekmən bu barədə məlumat vermişdi.
"Biz başa düşməliyik ki, bu, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar ona qarşı sanksiyalar tətbiq edilən şəxsdir. Onun şirkətlərindən uğurla istifadə edilib və Ukrayna və Qarabağda hərbi mövcudluğun genişləndirilməsi prosesi ilə əlaqəlidir ", - britaniyalı siyasətçi bildirib.
"Bundan başqa, Ruben Vardanyan Xəzər regionunda Kremlin ruporudur. Azərbaycanın Qarabağ ərazisində daim münaqişənin qızışdırılması ilə birbaşa əlaqəli olan da məhz odur", - məlumatda vurğulanıb.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)