Qarabağ
Ermənistan saatlar sonra Naxçıvanla sərhəddə bu planı tətbiq edəcək - ŞOK SSENARİ
Ermənistan Naxçıvanla sərhəddə qurduğu oyunu bu gün rəsmiləşdirir.
Publika.az xəbər verir ki, işğal altında qalan Kərki kəndi ilə Naxçıvan arasında yerləşən Arazdəyəndə metallurgiya zavodu inşa edən Ermənistan bu gün saat 13:00-da zavod ərazisində ABŞ bayrağını qaldıracaq.
Metallurgiya zavodu ABŞ-da fəaliyyət göstərən “CS Global Investments” (sahibi Hindistan əsilli Bobbi Kanqdır) və “Virtual Funding” (sahibi Ermənistan vətəndaşı Qriqor Ter-Qazaryandır) şirkətlərinin investsiyası hesabına inşa edilir. Belə bir zavodun Arazdəyəndə inşa edilmə planı Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivinin önünü kəsməyə hesablanıb. Çünki ABŞ öz şirkətlərinin investisiya qoyduğu ərazilərdə hərbi gərginliyin olmasının əleyhinə çıxır. İrəvan da məhz ABŞ investisiyasını Arazdəyənə gətirməklə Azərbayanın Kərki ilə bağlı mümkün planlarının önünü kəsməyi düşünür.

Zavod ərazisində ABŞ bayrağının qaldırılması da buna hesablanmış addımdır. Ermənistanda açıq şəkildə bildirirlər ki, ABŞ bayrağı inşa edilən zavod ərazisində olarsa, “Azərbaycan hücum etməkdən çəkinər”. Bu qərar ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirə edildikdən sonra verilib. Bu gün saat 13:00-da ABŞ və Ermənistan bayrağı jurnalistlərin iştirakı ilə Arazdəyəndəki zavod ərazisində qaldırılacaq. Beləliklə, saatlar sonra rəsmi İrəvan Kərki kəndi ilə bağlı oyununu rəsmiləşdirmiş olacaq.
Lakin o da sirr deyil ki, Bakıda bu ərazilərin azad olunması qərarı veriləcəksə, bunu ABŞ bayrağı, yaxud investisiyası dayandıra bilməz.
Asif
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)