Qarabağ
Kremlin hesabatı sızdırıldı: Qarabağda məxfi planın detalları
Rusiyanın yeni planları ilə bağlı insayderlər (birbaşa məlumat əldə edə bilən) tərəfindən teleqram kanallarında yeni informasiyalar tirajlanıb.
Publika.az xəbər verir ki, məlumat Kremldə və qərarların qəbul edilməsində iştirak edən mərkəzlərdən hazırlanan gələcək ssenarilər haqdadır.
Hazırda cəbhədə döyüşlər gedir, lakin Kremldə və mərkəzlərdə vəziyyəti təhlil edir, gələcəyin necə olacağı üzərində ssenarilər hazırlayırlar. Sızdırılan informasiyalarda üç ssenarinin yer aldığı hesabatdan bəhs edilir. Bu ssenarilər Ukraynanın əks-hücum əməliyyatlarının uğurlu olacağı təqdirdə tətbiq edilə bilər. Ssenarilərə Abxaziya, Qarabağ və Belarus daxildir.
Birinci ssenari: Abxaziya Rusiyaya birləşdirilə bilər;
Abxaziyanın birləşdirilməsi Gürcüstanın nəzarət altında saxlanılmasına hesablanıb. Lakin ehtiyac olarsa, Cənubi Osetiya Gürcüstanın tərkibinə muxtariyyət formasında qaytarıla bilər. Abxaziyanın birləşdirilməsi ilə Rusiya əraziləri genişləndiriləcək və elektorata göstəriləcək ki, rusların gücü yerindədir. Varianta görə, Abxaziyada kurort məkanı yaradıla və ora pedaqoqlar, yüksək məmurlar istirahətə göndərilə bilər.
İkinci ssenari: Rusiya qoşunlarının Qarabağa yeridilməsi;
Bu, ən inanılmaz ssenari olaraq qəbul olunur, çünki xeyrindən daha çox, zərəri ola bilər. Lakin belə bir ssenari var və məqsəd dünyanın diqqətini qaynar nöqtəyə yönəltməkdir. Hesabatda deyilir ki, bu ssenari Suriyada və Afrikanın bir sıra ölkəsində qaynar ocaqların yaradılması ilə eyni vaxtda tətbiq edilə bilər. Bu zaman Qərbin diqqəti Ukraynadan yayına və Kiyevə dəstək azala bilər, hətta ola bilər ki, Moskva Ukrayna müharibəsini əlverişli şərtlərdə bitirsin.
Üçüncü ssenari: Belarusdan Kalininqrada qədər dəhliz çəkmək;
Ssenaridə Polşa və Litva arasında sərhədin uzununa zərbənin endirilməsi və çıxışın təmin edilməsi yer alır. Bu iki ölkə NATO üzvüdür, lakin ildırımsürətli hücumla nəticə əldə etməyin mümkünlüyü düşünülür.
Asif
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)

























