Qarabağ
BQXK qaçaqmalçılığı onların üstünə yıxdı - Bakı hansı şərtdə israr etməlidir? - VİDEO
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən aşkarlanan qaçaqmalçılıq faktını qəbul edib. Komitənin rəsmi açıqlamasında iddia olunur:
- BQXK Laçın yoludan bəyan edilməmiş məhsulların keçirilməsindən xəbərdardır və bunu dəstəkləmir;
- Qanunsuz yük aparan 4 avtomobil komitə tərəfindən icarəyə götürülüb və üzərinə BQXK emblemi vurulub;
- 4 avtomobilin sürücüsü daşıdıqları yük haqda komitəyə məlumat verməyib;
- Həmin sürücülərlə müqavilələrə xitam verilib;
Açıqlamada BQXK-nın “humanitar missiyası”ndan ağızdolusu bəhs edilir. Lakin komitənin bu etirafı qaçaqmalçılıq faktı qarşısında qaldığı üçün etdiyi bəllidir. Çünki BQXK avtomobillərində qaçaqmalçılıq halı dəfələrlə olub və Azərbaycan tərəfi bununla bağlı komitəni məlumatlandırsa da, qaçaqmalçılıq fəaliyyəti davam edib. İndi sərhədçilərimiz avtomobillərə müdaxilə etdiyi və faktı aşkarladığı üçün BQXK məsuliyyəti üzərindən atmaq istəyir.
Aydındır ki, komitənin məqsədi fəaliyyəti üçün yenidən şəraitin yaradılmasıdır, hərçənd, rəsmi Bakı şərtlərində israr etməlidir: BQXK-nın Xankəndidəki nümayəndələri İrəvan yox, Bakı ofisinə tabe olmalıdır; Qarabağdakı erməni əhalisinin ehtiyacları BQXK-nın vasitəsilə Azərbaycan tərəfindən təmin edilməlidir;
Əks təqdirdə, BQXK qanunsuz əməllərini başqa formada həyata keçirməyə davam edəcək.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)