Qarabağ
Xankəndiyə rəhbər gəlir - Prezidentin Xələfovla bağlı qərarı erməniləri qorxuya saldı
Prezident İlham Əliyevin xarici işlər nazirinin müavini Xələf Xələfovu özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etməsi ermənilərdə qorxuya səbəb olub.
Publika.az xəbər verir ki, Ermənistan mediası Azərbaycan Prezidentinin bu təyinatının Qarabağ siyasəti ilə bağlı olduğunu yazır.
“Hraparak” nəşri iddia edir ki, Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasından sonra Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi nümayəndəsi kimi Xankəndiyə rəhbərlik edəcək.
“Xələfov Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesini incəliklərinə qədər bilir. İlham Əliyev Qarabağdakı erməni əhalisinin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiyasını elan edib. İstisna deyil ki, Xələfovun əsas fəaliyyət arenası da Qarabağ olacaq”, - nəşr iddiasını davam etdirir.
Ermənistan mediasının bu cür iddialardan çıxış etməsi Azərbaycanın Qarabağ siyasətindən qorxuya düşməsindən qaynaqlanır. Çünki rəsmi Bakı ermənilərin yaşadığı ərazilərimizdə mərkəzi hakimiyyətin bərpasına doğru addım-addım yaxınlaşır. Bunu ermənilər də anlayırlar və Azərbaycanda istənilən hadisəni, yaxud təyinatı bu siyasətin tərkib hissəsi olaraq görürlər.
Xələf Xələfovun Prezidentin xüsusi tapşırıqlar üzrı nümayəndəsi kimi Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması prosesində iştirak edəcəyi isə sirr deyil. Xələfovun təcrübəsindən xüsusilə sərhədin delimitasiyası prosesində istifadə edilə bilər.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













