Qarabağ
Paşinyandan şok açıqlama: Nə vaxta qədər “rus çarı”na məktub yazacağıq?
Rusiya Xarici İşlər Nazirliyinin “Qarabağ xalqının” taleyi ilə bağlı məsuliyyəti üçüncü ölkələrin üzərinə atmamaq çağırışı ilə müəyyən dərəcədə razıyam, çünki hansısa vəziyyətdə Moskvaya, Vaşinqtona, yaxud Brüsselə üz tutmaq həmişə həlledici olmur.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya XİN-in bəyanatı haqda danışarkən deyib.
Onun sözlərinə görə, Moskvanın, Brüsselin və Vaşinqtonun da həll edə bilmədiyi problemlər var.
“Müstəqil dövlət kimi problemlərimizi özümüz həll etməli olduğumuz mövqeyindən çıxış edərək, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması haqda sazişə razılaşdım”, - o deyib.
Nikol xatırladıb ki, 2020-ci ildə müharibə başlayanda koronavirus qlobal problemə çevrilmişdi, bir çox ölkədə hər gün on minlərlə insan ölürdü, hamı bununla məşğul idi: “Bu baxımdan, "hər kəs öz problemini özü həll etməlidir" yanaşmasından çıxış etdik.
Bizdə hələ də “rus çarına məktub” yanaşması qalır. Nə vaxta qədər bu yanaşma ilə yaşayacağıq? Yeri gəlmişkən, bu yanaşmanın inkişafında Qarabağdakı ermənilərin mühüm rolu var. Moskvanın hansı problemlərinin olduğunu görmürük? Bəs Moskvanın problemlərini kim həll edəcək? Hər kəsin problemi var. Moskvanın mövqeyində ədalətli qeydlər var, bunu diplomatik dildən tərcümə etsək, belə səslənir: siz 30 ildir müstəqil dövlətsiniz, nə vaxta qədər problem olan kimi Moskvaya zəng edəcək, yaxud məktub yazacaqsınız?!”.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













