Qarabağ
Xankəndi Bakıya tabe olur, azərbaycanlılar Zəngəzura qayıdır - Lavrovun sözləri İrəvanı qarışdırdı
Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvada üçtərəfli görüşün yekunlarına dair bəyanatı Ermənistanda təşvişlə qarşılanıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası Lavrovun bəyanatında iki əsas məqamı müzakirə edir.
Birincisi, Qarabağdakı ermənilərin etnik azlıq kimi Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamasıdır;
İkincisi, azərbaycanlıların öz yurdlarına – Zəngəzura qayıdışı ilə bağlıdır.
“Hraparak” nəşri yazır ki, Lavrovun “Emənistan tərəfi Qarabağdakı ermənilərin Azərbaycanla tez bir zamada görüşməyə, müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən irəli gələn hüquqlar barədə anlaşmağa razı salmağın zəruriliyini başa düşür” sözləri Qarabağdakı ermənilərin Azərbaycan ərazisində yaşayan milli azlıq kimi qəbul edilməsi deməkdir.
“Lavrov bəyan etdi ki, “Azərbaycan öz ərazisində yaşayan insanlara qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır, Ermənistan da eyni şeyi etməyə hazırdır. Bu, SSRİ vaxtı Ermənistanda yaşayan azərbaycanlıların geri qayıtması kimi başa düşülməlidir”, - nəşr yazır.
Asif
-
Nida Xəbər 17:08Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başladı
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO





































