Qarabağ
TIR-lar Sisiandadır, Laçın postuna doğru gəlirlər - İrəvanın “humanitar yük” təxribatı
Ermənistan hökuməti dünən Qarabağdakı separatçılara 400 ton “humanitar yardım” göndərmək qərarını qəbul edib. Bu gün artıq yüklənmiş TIR-lar Azərbaycan ərazilərinə doğru hərəkət edir.
Publika.az xəbər verir ki, Ermənistan mediası yüklərin Laçın postunda sülhməramlılara təhvil verilməsinin planlaşdırıldığını yazır.
Yük maşınları “Spyka” şirkətinə məxsusdur. Şirkətdən “Hraparak” nəşrinə bildiriblər ki, onlar yüklərin Qarabağa necə keçiriləcəyini bilmirlər.
“Bizə dedilər ki, yükləri çatdırın. Bu, dövlətin təşəbbüsüdür, yəqin ki, sülhməramlılarla razılaşdırılıb. Qalanını bilmirik, bizdən sadəcə maşınlar alınıb”, - şirkət bildirib.
Məlumatlara görə, TIR-lar artıq Sisiandadır. Lakin onların Laçın postundan necə keçəcəyi bəlli deyil.
Ermənistanın bu addımının təxribat xarakteri daşıdığı aydındır. Bakının Ağdam marşrutu təklifini qəbul etməyən rəsmi İrəvan “humanitar yük”ləri Laçın postunun qarşısına toplayaraq, “Azərbaycan yardımların keçməsinə imkan vermir” rəyini yaratmaq istəyir. Azərbaycan Dövlət Sərhəd Xidməti də dünən gözlənilən təxribatla bağlı açıqlama yaymışdı.
Asif
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı

















.jpg)




.jpg)


.jpg)













