Qarabağ
Ağdam yolu açılır: Bakıdan Xankəndiyə bu məhsullar gətiriləcək - DETALLAR
Bütün mümkün variantları fiaskoya uğrayan separatçılar reallığı qəbul etmək zorunda qalıblar. Dünən Xankəndidə separatçıların Ağdam yolunun açılması ilə bağlı müzakirə apardıqları haqda məlumat vermişdik.
Publika.az xəbər verir ki, erməni mətbuatı bu görüşün detallarını açıqlayıb. Baş separatçı Arayik Harutyunyan “təhlükəsizlik şurası”nın iclasında bildirib ki, Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul edilib.
O da qeyd edilir ki, bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün Karen Mateusyanın başçılığı ilə “milis hərəkəti” əvvəlcədən təşkil edilib.
Araik Ağdam yolu vasitəsilə Xankəndiyə nələrin daxil olacağını da açıqlayıb. O bildirib ki, bu yol vasitəsilə tikinti materialları, dizel yanacağı, dərmanlar daxil olacaq, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. Laçın yolunda hərəkət məhdud olacaq.
Qaz və elektrik enerjisi də Azərbaycandan gələcək Amma bu məsələ növbəti mərhələdə həllini tapacaq. Bundan əlavə, Azərbaycanın tələbi ilə Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolu da istismara veriləcək.
Bütün bu açıqlamalardan görünür ki, Azərbaycan hakimiyyəti istəyini reallaşdırır. Xankəndi addım-adım Azərbaycan dövlətinin nəzarətinə keçir. Böyük ehtimalla, separatçılar bütün variantların tükəndiyini və növbəti mərhələdə ordunun işə başlayacağını anladıqları üçün reallıqla barışmalı olublar.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
















.jpg)





.jpg)





.jpg)










