Qarabağ
Bayrağımızı təhqir edənlərin həbsinin pərdəarxası: Bu erməniləri heç kim xilas edə bilməz - FOTO
2021-ci ildə Azərbaycan bayrağını təhqir etdikləri üçün haqlarında cinayət işi açılan və dünən Laçın sərhəd-keçid məntəqəsində saxlanılan üç erməninin taleyinin necə olacağı erməni mediası tərəfindən qızğın müzakirə edilir, müxtəlif iddialar irəli sürülür, xüsusilə rəsmi Bakını “qeyri-humanizm”də ittiham edirlər.
Publika.az xəbər verir ki, Baş Prokurorluğun rəsmi açıqlamasında üç erməninin taleyinin necə olacağı bəlli olub.
Ermənistan vətəndaşları olan Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan dindirmə zamanı törətdikləri əməllərindən peşman olduqlarını, gələcəkdə belə hərəkətlərə yol verməyəcəklərini deyib. Azərbaycan humanizm prinsiplərini və saxlanılan şəxslərin gənc yaşını əsas götürərək, onlar haqqında cnayət işinə xitam verib. 10 gün inzibati həbsdə olacaq bu ermənilər daha sonra “Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması təmin olunacaq”.
Baş verənlər – bayrağımızı təhqir edən ermənilərin saxlanılması Qarabağda suverenliyimizə qarşı təxribatlara qarşı önəmli gedişdir.
Birincisi, təkcə müharibə cinayətləri törətmiş və suverenliyimizə qarşı separatizmi dəstəkləyənlər yox, Azərbaycan qanunlarını pozan hər kəs cəzalandırılacaq;
İkincisi, qanunları pozan erməniləri heç bir qüvvə - nə Ermənistan, nə separatçılar, nə də sülhməramlılar xilas edə bilməz: üç erməninin məhz sülhməramlıların yanında həbs edilməsi bunu açıq şəkildə göstərdi;
Üçüncüsü, Azərbaycan ermənilərin səmimi etirafını və yaşını nəzərə alaraq, onlara qarşı humanizm prinsiplərindən yanaşması erməni əhalisinə “qanunları pozmadılqları müddətdə normal həyatlarının təmin edilməsi” mesajının verilməsidir;
Dördüncüsü, bu ermənilərin 10 gün sonra Azərbaycan hüdudlarından kənara çıxarılması qərarı onların Qarabağa qayıda bilməyəcəyi deməkdir: ümumiyyətlə Qarabağı tərk edən Ermənistan vətəndaşlarının geri qayıtmasından söhbət gedə bilməz, bölgədə yalnız Azərbaycan vətəndaşlığını qəbul edənlər yaşaya biləcəklər;
Bayrağımızı təhqir edən ermənilərin məhz üçrəngli bayrağımızın altında – Laçın postunda saxlanılması da verilən ən mühüm cavab hesab oluna bilər.
Asif
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
