Qarabağ
Separatçılar Xankəndiyə girən Azərbaycan TIR-larını yandıracaqlar - FOTOFAKT/VİDEO
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndinə 40 ton undan ibarət humanitar yardım göndərib. Humanitar yardımın yükləndiyi TIR-lar yükün erməni əhalisinə çatdırılması üçün Ağdam yolunda gözləyəcək.
Publika.az xəbər verir ki, erməni əhalisini girov saxlayan separatçılar Bakının göndərdiyi humanitar yardımdan imtina edib. Onlar yardımın ancaq Laçın yolundan daşına biləcəyini deyir, bununla da məqsədlərinin əhalinin təminatı yox, siyasi manipulyasiya olduğunu etiraf edirlər.
Azərbaycan yardımın yükləndiyi TIR-ları Ağdam yoluna göndərməklə həm erməni əhalisinə çıxış yolunu təqdim edir, həm də beynəlxalq müstəvidə aparılan Qarabağda “humanitar fəlakət” iddialarını çürüdür. İstisna deyil ki, erməni əhalisi arasında Azərbaycanın yardımlarını qəbul etmək istəyənlər olacaq. Separatçıları qorxuya salan əsas məqam da budur. Bu baxımdan, onların yardım TIR-larına qarşı təxribat törədə biləcəyi ehtimalı var. Müəyyən çağırışlar da bu ehtimal gücləndirir.
Qarabağda separatizmi dəstəkləyən ermənilər Azərbaycan TIR-larını yandıracaqları ilə təhdid edirlər. Erməni istifadəçilər sosial şəbəkələrdə belə yazırlar: “Türk (Azərbaycan) çörəyinə ehtiyacımız yoxdur, Xankəndiyə girsə, bu maşınları məhv edəcəyik”.
Bu bir daha təsdiq edir ki, Qarabağda “çörək yoxdur” iddiaları iddiadan başqa bir şey deyil, çünki həqiqətən də ərzaq problemi ciddi olsaydı, onlar üçün yardımın haradan gəlməsinin fərqi olmamalıdır. Separatçılar öz mövcudluqlarını qorumaq üçün bütün yollara əl atır. Azərbaycan TIR-larına qarşı təxribat törədilərsə, bu, Bakıya imkan verəcək ki, “humanitar fəlakət” iddialarının yalan olduğu faktını beynəlxalq müstəviyə çıxarsın.
Asif
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?

















.jpg)




.jpg)






.jpg)









