Qarabağ
Kreml iç üzünü açdı, Xankəndidə “rus icması”nı danışdırdı: Azərbaycanın tərkibində yaşaya bilmərik
Xankəndidə separatçıların Rusiya tərəfindən təlimatlandırıldığı bəllidir. Rəsmi Moskva bunu ört-basdır etməyə çalışsa da, zaman-zaman təxribatçı hərəkətləri ilə özünü ələ də verir.
Son günlər “humanitar böhran” şousu ətrafında yaşananlar da “rus barmağı”ndan şübhələnməyə əsaslar yaradır.
Kremlin nökəri olan Ruben Vardanyanın Xankəndidə sadə erməniləri qorxu altında saxlaması da bunun sübutudur.
Rusiya zaman-zaman Qarabağda qondarma “rus icması” kartından da istifadə edib. Kreml bu təxribatını artıq açıq müstəviyə keçirib.
Publika.az xəbər verir ki, Rusiya Xankəndidə qondarma “rus icması”nın iclasını təşkil edib.
Qondarma icmanın qondarma rəhbəri Aleksandr Bordov erməni-rus dostluğunun qədimliyindən, bu torpaqlarda uzun illər ermənilərlə birgə yaşamalarından danışıb. Bordov Azərbaycanı ermənilərə qarşı qətlimalar törətməkdə ittiham edib. Və sonda qeyd edib ki, Azərbaycanın tərkibində yaşamaları mümkün deyil.
Rusiya təxribatçı addımlarını açıq müstəviyə keçirməklə, Azərbaycana xəbərdarlıq edir: separatçıları mən himayə edirəm və Xankəndi Azərbaycana tabe olmayacaq.
Böyük ehtimalla, Rusiyanın növbəti addımı belə olacaq: qondarma “rus icması” Moskvaya müraciət edəcək. Kreml də bu müraciətə həssas yanaşacaq və onları qoruyacağına söz verəcək.
Artıq kartlar tam açılır: Bölgədə sülhün olmasını istəməyən əsas ölkə Rusiyadır. Çünki rəsmi Kreml yaxşı başa düşür: sülh olarsa, həmişə qan tökən, separatizmi dəstəkləyən Rusiyaya ehtiyac qalmayacaq.
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














