Qarabağ
Bu ermənilər həbs olunaraq Bakıya aparılacaq: Karapetyanın açıqladığı siyahıda kimlərin adları var?
Azərbaycan bayrağını təhqir edən 3 erməninin saxlanılması, erməniləri sözün həqiqi mənasında şoka salıb. Artıq erməni ekspertlər bundan sonra nə baş verəcəkləri ilə bağlı fikir bildirirlər. Onların dediklərindən belə çıxır ki, İlham Əliyev Azərbaycana qarşı təxribat törətmiş heç kəsi bağışlamayacaq.
Publika.az xəbər verir ki, erməni hərbi ekspert Davit Karapetyan “hraparak” nəşrinə verdiyi müsahibədə Laçında 3 erməninin saxlanılmasının başlanğıc olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycana qarşı təxribat törətmiş hər bir erməni haqda Azərbaycanın xüsusi xidmət orqanlarında müfəssəl məlumat var. O iddia edib ki, qondarma “artsax” ordusunda “xidmət” etmiş hər kəsin adı olan siyahı Azərbaycanın təhlükəsizlik xidməti əməkdaşlarının masası üzərindədir.
Karapetyan bildirib ki, onların hamısı həbs olunaraq Bakıya aparılacaq:
“Bakıda “artsax ordusu”nda xidmət etmiş əsgər və zabitlərin tam siyahısı var, bu bir faktdır. “Artsax ordusu”nda xidmət etmiş və ya xidmət edənlər, ehtiyatda olanlar, müqaviləli zabitlər dərhal həbs edilərək Bakıya, təcridxanaya köçürüləcəklər. Deməli, Həkəri körpüsündə baş verənlər yalnız başlanğıcdır. Yaxın vaxtlarda Bakının onlar üçün beynəlxalq axtarış elan edəcəyi istisna edilmir. İlham Əliyev bu addımı ilə aydınlaşdırmaq istəyir ki, Azərbaycan bayrağına hörmətsizlik edən, hətta Azərbaycanın ünvanına təhqiramiz söz deyən şəxslər cəzasız qalmayacaqlar...”.
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














