Qarabağ
Fransa TIR-ları Laçın postundan buraxılmadı - Bakının cavabı Parisi şok etdi
Ermənistanın sərhəddə təşkil etdiyi “yardım şousu”na qoşulan Fransa TIR-larının Laçın sərhəd-keçid məntəqəsindən keçməyinə icazə verilməyib.
Publika.az xəbər verir ki, bu barədə Paris meri Anna Hidalqonun rəhbərliyi ilə sərhədimizdəki şouya qatılan Fransa nümayəndə heyətinin mətbuat konfransında bildirilib.
Nümayəndə heyətinin üzvləri bildirib ki, onlar “yüklərin” Laçın yolundan keçərək, Xankəndiyə aparılmasını təklif ediblər. Azərbaycan tərəfinin cavabı isə belə olub: Xankəndiyə yardım aparmaq istəyirsinizsə, Ağdam-Xankəndi yolundan istifadə edə bilərsiniz!
Fransa TIR-ları Ermənistan TIR-larına qoşularaq sərhəddə qalmağa davam edəcək, lakin onların keçidinə icazə verilməyəcəyi də bəllidir. Burada məqsəd daha çox şou göstərmək və beynəlxalq müstəvidə hay-kü yaratmaqdır. Hərçənd, Paris meri Annanın gəldiyi kimi də geri qayıdacağı aydındır.
Asif
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)














