Qarabağ
Laçın yoluna TIR göndərən Fransaya Rusiyadan sərt mesaj
“Biz dəfələrlə demişik ki, Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq səylərinə zidd olmayan və təkrarlanmayan istənilən təşəbbüsü alqışlayırıq. Lakin biz Fransanın bu istiqamətdəki fəaliyyətini də yaxşı bilirik. Belə vasitəçilikdə ilk növbədə hər iki tərəfin - həm Azərbaycanın, həm də Ermənistanın mövqeyi nəzərə alınmalıdır. Bu, istənilən vasitəçiliyin Alfa və Omeqasıdır”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Bakı və İrəvan arasında vasitəçilik istəyinə müasibət bildirərkən deyib.
Rəsmi Moskva bununla Fransaya vasitəçilik təşəbbüslərinin Ermənistanın xeyrinə olduğunu və nəticə əldə edə bilmədiyini açıq şəkildə bildirib.
Zaxarova Laçın yolu ətrafındakı vəziyyəti də şərh edib. Bildirib ki, “Laçın yolunda yaranmış vəziyyət Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasının nəticəsidir”. Və bununla bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünə işarə edib.
Asif
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
























.jpg)













