Qarabağ
Bakıdan xəbərdarlıq: Xankəndidəki qondarma rejim ləğv ediləcək
Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazisində baş verənlər təcili müdaxilə zərurəti yaradır. 44 günlük müharibədən sonra bu bölgədə faktiki olaraq “boz zona” yaranıb. 10 noyabr 2020-ci il razılaşması bu bölgədə atılmalı addımları da ehtiva edirdi.
1. Erməni silahlı dəstələri bölgədən çıxarılmalı idi;
2. Bölgədə təhlükəsizliyin təmin edilməsini Rusiya sülhməramlıları həyata keçirilməli idi;
Müharibədən ötən üç il ərzində isə bunların heç birinə əməl edilmədi. Əvəzində Qarabağın “boz zona”ya çevrilməsi daha da sürətləndi.
Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınması həyata keçirildi. Separatçılar postlar quraraq, Azərbaycana qarşı müharibəyə hazırlaşdı. Rəsmi Bakının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Rusiya sülhməramlıları bütün bunlara qarşı heç bir addım atmadı. Nəticədə Azərbaycan öz ərazisində baş verən qanunsuzluqlara qarşı praktiki addımlar atdı, xüsusilə Laçın sərhəd-keçid məntəqəsinin qurulmasından sonra qeyri-qanuni əməllərin qarşısı böyük ölçüdə alındı.
Lakin Qarabağda “boz zona” hələ də mövcuddur. Separatçılar erməni əhalisini girov olaraq saxlayır, onların reinteqrasiya prosesinin qarşısını alır. Erməni silahlı dəstələri hələ də bölgədədir. Ağdam-Xankəndi yolunun açılmasına qarşı törədilən təxribatlar isə artıq Azərbaycan ərazisindəki “boz nəzarətsiz zona”nın ləğv edilməsini aktuallaşdırdı. Separatizm ləğv edilməli, qeyri-qanuni rejim buraxılmalı, silahlı dəstələr tərk-silah edilməlidir. Beynəlxalq hüquqa əsaslanan bu məsələ həm də bütövlükdə regionun təhlükəsizliyi üçün vacibdir.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bəyan etdi ki, Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil: “Qeyri-qanuni rejim buraxılmalı və tərk-silah olunmalıdır”.
Bu, rəsmi Bakının açıq mesajıdır. Ağdam-Xankəndi yolunun açılması məsələsinin aktuallaşdığı vaxt bu mesajın verilməsi isə o deməkdir ki, Azərbaycan qondarma rejimin buraxılması və bölgənin silahsızlaşdırılması istiqamətində praktiki addımlar ata bilər.
Asif Nərimanlı
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
-
İdman07:15Məşhur futbolçunun qəribə istəkləri: Bu qadına pul ödəyib ki… - Video
-
MDB06:46Rusiyada yanacaq qıtlığı: Bu yola da əl atdılar...






.png)









.jpg)











.jpg)










