Qarabağ
Separatçılar Ağdam yoluna hücum etdi: təxribat hazırlığı - FOTO/VİDEO
14:40
Qarabağdakı separatçılar humanitar yardımın Xankəndiyə çatdırılmasının qarşısını almaq üçün Ağdam yolunda təxribatlarını davam etdirirlər.
Publika.az xəbər verir ki, bir qrup erməni separatçı Ağdam yolunu bağlayıb.
Bununla bağlı yayılan videoda diqqətçəkən məqamlar var.
Birincisi, “mülki erməni” adı altında Ağsam yoluna gətirilən ermənilər maşınlarla daşınır, hərçənd, separatçılar “humanitar fəlakət” iddialarında yanacaq çatışmazlığının olduğunu deyirlər;
İkincisi, Ağdam yoluna gətirilən ermənilərin silahlı ola bilməsi də istisna edilməməlidir, çünki onların əsasən Ruben Vardanyanın dəstəsi olduğu deyilir. Bu dəstə bir müddət öncədən “ekstremal şəraitdə sağ qalmaq” adı altında silahlı təlim keçirdi;
Üçüncüsü, əraziyə gələn erməni separatçılar əllərində qondarma rejimin “əski parçası”nı gətirirlər: bu, yolu bağlayanların “mülki əhali” yox, separatçılar olduğunu təsdiq edir;
İstisna edilməməlidir ki, Ağdam yoluna gələn separatçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardım aparan avtomobillərinə qarşı təxribatlar törədə bilər. Bütün bu məqamlar yola toplaşan təxribatçıları Azərbaycanın legitim hədəfinə çevirir.
Asif
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”






































