Qarabağ
Xankəndidə təhvil-təslim prosesi gedir - Separatçılar kimi “qurban” verəcək?
Ermənistan mediasında yayılan məlumatların analizi Xankəndidə artıq Azərbaycanın mərkəzi hakimiyyətinin bərpasına hazırlıq getdiyini deməyə əsas verir: artıq heç bir fəaliyyəti qalmamış separatçı rejim arxivlərini yandırır, erməni əhalisi isə nə baş berəcəyini gözləyir;
Xankəndidə ermənilərin artıq heç bir fəaliyyəti qalmamış separatçı rejimin “nümayəndələri”ndən “nə olacaq” deyə soruşanda, onlar cavab vermirlər. Onların arxivləri yandırması isə artıq təslim olmağa hazırlaşdıqlarından xəbər verir. Xankəndidə “ictimai fəal” kimi tanınan Bella Lalayan bildirir ki, “hakimiyyət” arxivləri yandırır, insanlar da düşünürlər ki, artıq onların burada gələcəyi yoxdur, müharibədə ölənlərin stendinin sökülməsi də artıq “artsax”ın süqutunun qəbul edildiyi deməkdir”.
Bunun fonunda diqqət çəkən məqam separatçıların “rəhbəri” olanları 20 sentyabrda təslim olduqdan sonra yoxa çıxsa da, rəsmi Bakıya qarşı əvvəl qondarma “vəzifələrdə” olmuş şəxslərin –Vardanyan, Beqlaryan və s; - danışması, ittihamlar irəli sürməsidir. Bunu hələ də “müqavimət” göstərmək cəhdi kimi qiymətləndirmək olar, hərçənd, danışanların konkret şəxslər olması və digər separatçılrın ümumiyyətlə görünməməsi diqqəti başqa məqama çəkir.
Təslim olduqdan sonra separatçılar üçün əsas məsələ özlərini qorumaq, rəsmi Bakının amnistiya siyahısına düşməkdir, çünki Xankəndidə erməni əhalisinə təhsil, dil, din, bələdiyyə seçkisi kimi hüquqlar verilsə belə, mərkəzi hakimiyyətin bərpasından sonra qondarma qurumun keçmiş və indiki “rəhbərliyində” olanların burada qalması mümkünsüz olacaq, onlar ya həbs olunacaqlar, ya da Qarabağdan çıxmaq imkanları olacaq.
Rəsmi Bakı amnistiya təklifini irəli sürüb, amma bu o demək deyil ki, qondarma rejimin “rəhbərliyində” əvvəl və indi olanların hamısının bundan yararlana biləcək, bu prosesdə mütləq kimlərsə cəzasını da almalıdır. Və separatçılar kimlərisə “qurban” verməli olacaq. İstisna deyil ki, hazırda susanlar amnistiyadan yararlanmaq və getmək imkanı qazanmaq istəyirlər, danışanlar, ittiham irəli sürənlər isə siyahıya düşməmək təhlükəsini hiss edənlərdir.
Asif Nərimanlı
-
Dünya02:00Monakoda terror aktı: yaralananlar var
-
Region00:27Xameneinin müavini öldü
-
Dünya29 İyun 22:04İsrail Müdafiə Qüvvələri tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var - Katz
-
Ekologiya29 İyun 19:40Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
-
Elm və təhsil29 İyun 18:40Şagirdlərin dərs və məşğələdə mobil telefondan istifadəsi qadağan edilir - Rəsmi
-
MDB29 İyun 17:30Rusiya Ermənistanı referendum keçirməyə çağırdı - Moskva nədən narahatdır?
-
Sosial29 İyun 16:38İyulda 42° isti olacaq - AYLIQ PROQNOZ
-
Dünya29 İyun 16:00Dünya mat qalıb: ABŞ “görüş olacaq”, İran “olmayacaq” deyir






.png)








.jpg)













.jpg)






