Qarabağ
"Qarabağın tam dekriminallaşması işi davam edir" - DİN
Azərbaycanın Qarabağ iqtisadi rayonunda aparılan antiterror tədbirləri çərçivəsində uğurlar və hazırki mərhələdə həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, bu rayonda bütövlükdə vəziyyətin tam nəzarət altında saxlanılması, eləcə də bölgənin tam dekriminallaşması işi davam edir.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenant Elşad Hacıyev deyib.
Qeyd olunub ki, ərazidəki mövcud kriminogen vəziyyətin yaxşılaşdırılması, Azərbaycan Respublikasının qanunlarının burada tam işlək vəziyyətə gətirilməsi üçün aidiyyəti dövlət qurumları ilə, eləcə də Müdafiə Nazirliyinin hərbi qulluqçuları və DİN-in əməkdaşları ilə birgə Şuşada kompleks tədbirlər davam etdirilir.
“Əsas diqqət ona yönəlib ki, ərazidə ictimai qayda-qanun və təhlükəsizlik tam təmin edilsin. Ərazidə erməni silahlı qüvvələrindən qalmış qalıqlar, yaxud silah-sursat aşkarlanarsa, onların təhvil verilməsi, eləcə də mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi qarşıya qoyulan vacib tələblərdən biridir”, - deyə o vurğulayıb.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi


























.jpg)









