Qarabağ
Separatçıların Nikolla döyüşü başladı - Xankəndidəki qərarın ləğvinin SİRRİ
10:36
Ermənistanda Qarabağdakı keçmiş qondarma rejimin “nümayəndələri” ətrafında hadisələr səngimir.
- Qarabağdan Ermənistana qayıdan ermənilər keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi” qarşısında aksiya keçirdilər, hətta binaya daxil olaraq, qarşıdurma yaratdılar;
- Erməniləri hazırda maraqlandıran qondarma “artsax” ideyası yox, gözlədikləri maaşlarının verilməməsidir;
- Samvel Şahramanyan etirazçıların önünə çıxaraq, maaşların verilməsini təmin edəcəklərini bildirdi, daha sonra qondarma rejimin özünü buraxması haqda qərarını ləğv etdiyini elan etdi;
Şahramanyanın qərarını “ləğv etməsi” haqda açıqlaması Samvel Babayanın separatçıların başına keçməsi planına qarşı tələsik atılmış addım kimi görünür, eyni zamanda, o, bununla Ermənistan hakimiyyətinə “mövcudluqlarını” davam etdirdiklərini nümayiş etdirməklə, maliyyə yardımı almaq və maaşların verilməsini həyata keçirmək istəyir. Hərçənd, ermənilərin maaş davası fonunda qondarma rejimin özünü buraxmaq qərarının ləğv edilməsi müəmmalı olaraq qalmaqdadır.
Birincisi, bu açıqlama Ermənistan üçün də yaxşı perspektiv vəd etmir;
İkincisi, özünü buraxmaq haqda qərarın ləğvi çağırışını ilk dəfə Samvel Babayan gündəmə gətirdi və maraqlıdır ki, Şahramanyan məsələ gündəmə gələndə yox, məhz maaş davası aparan ermənilərin etirazı zamanı danışmağa başladı;
Hadisələr baş verənlərin Paşinyan hakimiyyəti tərəfindən təşkil edildiyini və onun Babayan üzərindən separatçılar arasında parçalanma yaratmaq, prosesi nəzarətə götürmək istədiyini deməyə əsas verir. Nikol bununla həm daxili siyasətdə ona qarşı istifadə edlən Qarabağ kartını ələ almaq istəyir, həm də Azərbaycana qarşı “separatizm kartını” aktual olaraq saxlamaq niyyətindədir.
Erməni politoloq Suren Surenyan da hesab edir ki, ermənilərin aksiyasını Paşinyan hakimiyyəti təşkil edə bilər.
“Qarabağdan qayıdan ermənilərin bir çox sosial və məişət problemləri olduğu üçün etiraz etmələri təəccüblü deyil, lakin burada Ermənistan hakimiyyətinin də əli ola bilər. Məqsəd Şahramanyanı və onun ətrafını, eləcə də onun əlaqədə olduğu qrupları əsas günahkara çevirmək, onlar arasında parçalanma yaratmaqdır”, - erməni politoloq bildirib.
Proseslər göstərir ki, separatçılarla Paşinyan hakimiyyətinin arasında qarşıdurma daha da kəskinləşəcək.
Asif
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar














.jpg)







.jpg)















