Paşinyan mətbuat orqanlarını məhkəməyə verdi: Bu qədər təzminat tələb edir
Bizi izləyin

Region

Paşinyan mətbuat orqanlarını məhkəməyə verdi: Bu qədər təzminat tələb edir

Paşinyan mətbuat orqanlarını məhkəməyə verdi: Bu qədər təzminat tələb edir

Ermənistanın Baş naziri Nikol Paşinyan “Yerevan.Today” veb saytına, onun baş redaktoru Sevak Hakobyana və "Ayeli" (“Güzgü”) mətbuat klubuna qarşı məhkəmə iddiası qaldırıb.

Publika.az xəbər verir ki, məlumat “Datalex” hüquqi informasiya saytında dərc edilib.

Paşinyan “Media Plus” MMC-dən (“Yerevan.Today”in sahibi) və Akopyandan "yüksək səviyyəli soyğunçuluq" və "yüksək səviyyəli korrupsiya" iddialarını təkzib etmələrini tələb edir.

Baş nazir həmçinin bu iddiaları yayan “Ayeli” mətbuat klubundan təkzib tələb edir.

Bundan əlavə, iddia ərizəsində cavabdehlərin "zərər üçün maddi təzminat" olaraq 4 milyon dram (11.000 dollar) ödəməsi tələb olunur.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm