Qarabağ
10 mindən çox... - Ermənilər Qarabağa indi də bu yolla iddia edir
Qarabağda separatizmin ləğvindən sonra ermənilər Azərbaycana qarşı iddialarını yeni müstəviyə keçirir: bu dəfə əsas motiv “erməni abidələri”, “erməni mədəni irsi” haqda uydurmalardır;
Publika.az xəbər verir ki, ermənilər Qarabağda “10 mindən çox nadir abidələrinin” olduğunu iddia edir.
Ermənistan Memarlığının Tədqiqi Fondunun direktor müavini, memar Raffi Kortoşyan bildirib ki, “abidələrinin qorunması üçün ermənilər həmin ərazidə yaşamalıdır, lakin bu mümkün olmadığı üçün başqa cür hərəkət etməlidirlər”.
Kortoşyan Ermənistan hakimiyyətini diplomatik və hüquqi müstəvidə addımlar atmağa çağırıb.
“Hər şeydən öncə abidələrin tədqiq edilməsi lazımdır. Əgər arxiv məlumatı yoxdursa, onları qorumaq mümkün deyil”, - erməni memar deyir və bununla əslində yalan danışdığını da təsdiqləyir. Çünki Qarabağda həqiqətən də onun iddia etdiyi “erməni abidələri” olubsa, onlar haqqında arxiv də olmalı idi.
Arxivin olmadığını deyən Kortoşyan daha sonra özünü yenə təkzib edir. Bildirir ki, “6 min abidənin məlumatı var, daha 6 minin məlumatı toplanmalıdır”.
Onun “erməni abidəsi” adlandırdığı maddi-mədəni irs Azərbaycana məxsusdur və işğal dövründə bu irs tamamilə məhv edilib, ya da erməniləşdirilib. Torpaqlarımız işğaldan azad ediləndən sonra maddi-mədəni irsin bərpası prosesi də həyata keçirilir. Görünür, ermənilər işğal etdikləri torpaqlardan çıxandan sonra iddialarını bu yolla davam etdirmək niyyətindədirlər.
Asif
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar














.jpg)







.jpg)















