Qarabağ
Anasının "Qayıdacaqsan!" arzusuna əməl etməyən ŞƏHİD
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də döyüşlərdə tank komandiri kimi iştirak edən leytenant Murad Nağıyevdir.
Nağıyev Murad Mayıl oğlu 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. Ailəsi ilə birlikdə Bakıya köçərkən Murad hələ 10 aylıq olub.
“Riyaziyyat dahisi” Murad...
Publika.az-a danışan Şəhid anası Xavər Məmmədli oğlunun həyat yolundan danışıb:
“Murad Sabunçu rayonu Bakıxanov qəsəbəsində 101 saylı bağçaya gedib. 2003-cü ildə 271 saylı tam orta məktəbə daxil olub. Çox hərtərəfli, yaradıcı uşaq idi. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak etdi. Orada Yüksək nəticələr əldə etmişdi. Ona görə də Muradı İstanbulda Kuleli hərbi liseyinə gömdərmişdilər. Orada əldə etdiyi uğurlarına görə, Muradı “riyaziyyat dahisi” adlandırırdılar. Musiqi həvəskarı idi, şeirlər yazırdı".
Hər şeyi uğurla başa vuran oğul...
"2015-ci ildə Kulelidə təhsilini uğurla başa vurdu və Ankarada Quru Qoşunları Məktəbinə daxil oldu. 2016-cı ildə Azərbaycana qayıtdı və təhsilini Azərbaycan Ali Hərbi Məktəbində davam elətdirdi. Orada da təhsilini başa vurduqdan 3 ay sonra müharibə başladı. Müharibə başlayanda ilk günlərindən elə ilk sıralarda getdi”, - şəhidin anası deyib.

Ana bildirib ki, o, Muradın müharibədə iştirak edəcəyindən xəbərsiz olub:
“Hər gün danışırdıq. Getdiyini heç bilmirdim. Şəhid olduğu gün, oktyabrın 11-də, səhər saat 7 radələrində qardaşına yazıb ki, “Qardaşım, mən gedirəm, haqqınızı halal edin”.

Məktəbin ilk Şəhidi...
Oğlu haqqında qürurla, fəxrlə danışan ana, oğlu ilə bağlı bir arzusunu da dilə gətirdi:
"Tank komandiri idi. Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Ən son qardaşı ilə danışıb. Hər gün danışırdıq. Deyirdim ki, səni Allaha əmanət edirəm, hər şey yaxşı olacaq. Qayıdacaqsan. Oğlum Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə vuruşub. Müharibənin birinci dəqiqələrində Horadizin azad edilməsində fəal iştirak edib. Murad oxuduğu məktəbin ilk Şəhidi idi. İstəyərdim ki, adi həmin məktəbə verilsin. Xatirəsi əbədiləşdirilsin".
Anasının da qeyd etdiyi kimi, Murad şair təbiətli, musiqi ruhlu gənc olub. Sonda Şəhidin yazdığı iki şeiri sizə təqdim edirik.
Vatan uğruna
14 yaşında giydik üniformayı cılız bedenlerimize,
Gençliğimizi harcadık Vatan uğruna.
Ama hiç bir zaman keşke demedik biz,
Siz sıcak yataklarınızda uyuyun diye.
Bakmayın gülüp eğlendiğimize.
Siz gezip tozarken,
Biz ayağımız yara-bere içinde eğitim yaptık.
Siz sevgilinizle müziğin ritminde kendinizi kaybederken,
Biz düdük sesiyle kollarımız parçalanana kadar
“Vatan sağolsun!” diyerek süründük.
Siz alkolden üç kuruşluk insanların kollarına düşerken,
Biz yanı başımızda susuzluktan bir heykel gibi
yerlere yapışan adamlar gördük.
Siz “aşk” dediniz, biz “Vatan” dedik.
Ne yaptıysak, olmadı,
Kötü olan yine biz olduk.
Olsun, biz yine susar, bir sigara daha yakarız.
Ama şunu asla unutmayın:
Şayet bir gün güneş bizimle doğup, bizimle batmazsa,
Sizin için de artık güneş doğmayacaktır.
Şəhid Murad Nağıyev
İstanbul, Türkiyə
4 fevral 2014
***
Fikrim hey ondadır
Könlüm qalıb o yanlarda,
Ana Vətən səslər məni.
Bir canımı orda qoyub,
Burda torpaq səslər məni.
Hər bir günüm dərd-kədərdir,
Sağım, solum alov alıb.
Bir tərəfdə Ana Vətən,
Bir tərəfdə yarım qalıb.
Yarım orda nigarandır,
Mənim fikrim hey ondadır.
Könlüm yanır, qubardadır,
Ağlım, fikrim hey ondadır.
Şəhid Murad Nağıyev
Cəbrayıl, Azərbaycan
7 oktyabr 2020


Hazırladı Nəzrin Cavadzadə
-
Elm və təhsil21:39Azərbaycanda III ixtisas qrupu ləğv olunur?
-
Hadisə20:24Kür çayı daşdı - Samuxda əkin sahələrini su basdı
-
ABŞ19:00İranla razılaşma bu gün axşam imzalanacaq - Tramp
-
Nida Xəbər 18:50Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər - Açıqlama
-
Rəsmi xronika17:28İlham Əliyev fərman imzaladı
-
Sosial17:00Əli Əsədov qərar imzaladı
-
Dünya15:36Türklər Rusiyanın bu şəhərinə axın edirlər: Səbəb nədir?
-
Sosial14:20AzTV-də dəyişikliklər: Bəzi şöbələr birləşdirilir, islahatlar başlayır













.jpg)























