Arda varsa, kim mənə səs verər? - Kurtua qapıçıların “Qızıl top”u qazana bilməməsi haqda
Bizi izləyin

İdman

Arda varsa, kim mənə səs verər? - Kurtua qapıçıların “Qızıl top”u qazana bilməməsi haqda

Arda varsa, kim mənə səs verər? - Kurtua qapıçıların “Qızıl top”u qazana bilməməsi haqda

“Real Madrid”in qapıçısı Tibo Kurtua “Qızıl top” mükafatının qapıçılara niyə verilmədiyi haqda fikir bildirib.

Publika.az xəbər verir ki, Kurtua bu barədə İspaniya mətbuatına danışıb:

“Bəli, əlbəttə, niyə də yox? Komandalarının oyun üslublarını, o cümlədən pressinq yanaşmalarını dəyişdirən qapıçılar var. Noyer mükafatı qazanmağa yaxın idi… amma Messi və Kriştiano Ronaldo da var idi. Bir mövsüm mənim də şansım var idi, daha yüksək nəticə göstərməyə ümid edirdim, amma Benzema qalib gəldi. Bunu başa düşə bilərəm: parlaq oyununuz ola bilər, amma sonra Kilian Mbappe son ​​dəqiqədə möhtəşəm bir qol vurur və insanlar bunu xatırlayırlar.

Əgər komandanızın kubok qazanmasını istəyirsinizsə, hər şey əla qapıçıdan başlayır. İndi bizə daha çox dəyər verilir, çünki insanlar bizim əhəmiyyətimizi anlayırlar və bu, hətta müqavilələrimizdə də əks olunur. Bu asan deyil, amma səmimi qəlbdən ümid edirəm ki, bir gün qapıçı bu mükafatı qazana biləcək. Bunun baş verməsi üçün hansı mövsüm lazım olacağını bilmirəm… amma ümid edirəm ki, baş verəcək.

Əslində, Vinisisu, Arda Gülə və Cud Bellinqem kimi komanda yoldaşlarınız varsa, kim mənə səs verər”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm