Dünya
Kolumbiyada terror aktı: Bomba yüklü avtomobil partladıldı, onlarla yaralı var
Kolumbiyanın Villavisensio şəhərində hökumət binasının yaxınlığında bomba yüklü avtomobilin partladılması nəticəsində onlarla insan yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Hadisə ötən gecə Meta departamentinin hökumət mərkəzinin yaxınlığında baş verib. Güclü partlayış ətrafdakı binalara ciddi ziyan vurub, bəzi tikililərin fasadları tamamilə dağılıb. Yaralananlar arasında beş təhlükəsizlik əməkdaşının da olduğu bildirilir.
Kolumbiya prezidenti Abelardo de la Espriella hücumu terror aktı kimi qiymətləndirərək indiyədək ölənlərin olmadığını açıqlayıb. O, hökumətin narkotik qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşmalarla mübarizəni davam etdirəcəyini vurğulayıb.
Meta departamentinin qubernatoru Rafaela Kortes isə ordu və polislə birgə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, əsas məqsəd yeni hücumların qarşısını almaq, əhalinin təhlükəsizliyini təmin etmək və hadisənin bütün təfərrüatını araşdırmaqdır.
Polis hücumun arxasında duran şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat-istintaq tədbirlərinə başlayıb.
Müəllif: Roza
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
















.jpg)
















