Qarabağ
8 noyabr bütün türk dünyasının ən şanlı zəfərlərindən biridir - Türkiyəli politoloq
Bu gün Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin üçüncü ildönümü - Zəfər Günü qeyd olunur. 8 noyabr tarixində 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinə və Azərbaycan ərazilərinin işğalına son qoyan, öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüzminlərlə azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğu, bölgədə sülh və əməkdaşlıq üçün imkan yaradan 44 günlük Vətən müharibəsi nəticəsində minlərlə azərbaycanlının canı və qanı bahasına qazanılmış Zəfər Günü qeyd olunur.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay məsələ ilə bağlı Publika.az-a verdiyi açıqlamada bildirib ki, Sovetlər dağıldıqdan sonra Cənubi Qafqazda müstəqilliyini elan edən Azərbaycan hər keçən gün varlığını daha da gücləndirir:
“Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr kapitulyasiya aktı Azərbaycan torpaqlarında de-fakto olaraq Qarabağ problemini həll etdi. 8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu Zəfər Azərbaycan xalqı və türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaq. Bununla da artıq Azərbaycan regionda özünü bir daha təsdiq etdi. 30 illik problemi həll edən və gələcəyə güvənlə baxan bir dövlətə çevrildi.

Bunun üçün Azərbaycan Zəfər bayramını ən yüksək səviyyədə keçirməyə layiqdir. Azərbaycan bütün şərtlər altında artıq bölgədə dosta güvən, düşmənə təhdid bir dövlət olmaqda özünü isbat etdi. Azərbaycan bu gün regionda ən güclü dövlətə sahibdir. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycanla Türkiyə arasında olan münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün hər iki ölkə regionda təhlükəsizliyin gücləndirilməsi, sülhün dayanıqlı olması istiqamətində birgə fəaliyyət göstərir”.
Aysel Şahmar
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















