Qarabağ
Əliyev gələndə Nikol qaçacaq - Xankəndi paradı İrəvanda çaxnaşma yaratdı
Prezident İlham Əliyevin Xankəndində Zəfər Paradını qəbul etməsi Ermənistanın daxili siyasi seqmentində zəlzələ effekti yaradıb.
Publika.az xəbər verir ki, hələ də qondarma “artsax” ideyasına ümid edən erməni revanşistlərin arzuları Xankəndidə keçirilən paraddan sonra alt-üst olub və baş nazir Nikol Paşinyanı söyməkdən başqa əllərindən heç nə gəlmir.
Erməni şərhçi Edik Andreasyanın Nikol Paşinyanı nəzərdə tutan “Karvanbaşının növbəti macəraları” adlı məqaləsi bu kontekstdə xüsusilə diqqət çəkir.
O yazır ki, Xankəndidə keçirilən hərbi parad barədə Nikol Paşinyan danışmalı və sosial şəbəkə hesabında yazmalıdır: “Mənim, yaxud bizim nəsə deməyimiz heç nəyi dəyişdirmir. Paşinyan danışsa, bəlkə nəyəsə ümid etmək olardı. Hərçənd, Nikoldan nəsə gözləmək də mənasızdır. O, baş bazir kreslosunda əyləşib və Qarabağla bağlı baş verənləri sakitcə müşahidə edir. Əliyev isə Xankəndidə (qondarma-red) “artsax”ın gerbini sökdü, (qondarma) “bayrağını” yerə tulladı, nümayişkaranə şəkildə binaya daxil oldu və pəncərəni açaraq, “artsax”ın qoxusunun belə ləğv edildiyinə dair incə bir mesaj verdi. Ermənistan hakimiyyəti isə ermənilərə hər şeyi unutmağı tövsiyə edir, bəyan edirlər ki, “artsax” artıq yoxdur”.
E.Andreasyan qeyd edir ki, Əliyevin növbəti oxşar səfəri İəravana – Nikol Paşinyanın ofisinə olacaq.
“Paşinyanın kabinetinin respublika meydanına baxan pəncərəsini açacaq ki, Nikolun iyi dağılsın. Sonra Paşinyan ya Əliyev tərəfindən həbs olunacaq, ya da Rusiyaya, yaxud ABŞ-a qaçacaq. Ermənistanın “mühacir hökuməti” başqa ölkədə qurulacaq, misal üçün, Gürcüstanda”, - o bildirib.
Daha sonra erməni şərhçi Gürcüstanda qurulacaq Ermənistanın “mühacir hökuməti”nin xəyali iclasını canlandırıb.
“Paşinyan “mühacir hökumətin iclasını açacaq və deyəcək:
- Hörmətli hökumət üzvləri mən şadam ki, hamımız Tbilisiyə gəldik. Cənab Sanosyan, Ermənistanın bütün rayonlarından olan əziz bacı və qardaşlarımızın Ermənistan-Gürcüstan sərhədini keçib-keçmədiyini bildirin.
- Bəli hörmətli baş nazir, hamı keçdi, amma Ermənistan-Gürcüstan sərhədini yox, Azərbaycan-Gürcüstan sərhədini keçdi. Çünki biz keçəndə Ermənistan-Gürcüstan sərhədi artıq yox idi.
- Bəs, Gürcüstana necə gəldik?
- Deyim, hörmətli baş nazir?
- Papikyan, siz bizə izah edin.
- Biz Gürcüstana Azərbaycanın yaratdığı dəhliz vasitəsilə çatdıq.
Paşinyan davam edəcək:
- Gələn həftə mühacirətdə olan parlamentin növbəti iclası başlayır. Zəhmət olmasa, müxalifət fraksiyaların Ermənistanı tamamilə tərk edib-etmədiyini öyrənin. Kvorum təmin edilməlidir. Biz həmrəy olmalıyıq, bir-birimizi yeməməliyik, çünki Gürcüstanın hakimiyyət orqanları bizi izləyir.
- Bəli, hörmətli baş nazir, mütləq izləyirlər.
- Nə bilirsiniz, cənab Marukyan?
- Hörmətli baş nazir, Gürcüstanın xüsusi tapşırıqlar üzrə səfiri bəyan etdi ki, Ermənistanın mühacir hökumətinin fəaliyyəti Gürcüstanın təhlükəsizliyini təhdid edir, buna görə ləğv olunmalıdır.
- Bu yaxşı deyil, cənab Marukyan.
- Elədir hörmətli baş nazir, sizi həbs edib Azərbaycana təhvil verə bilərlər.
- Bunu niyə tez demirsən. Gürcüstanla dava edə bilmərik, yola çıxırıq. Mən təyyarə ilə gedəcəm, siz birtəhər çıxın. Sonra yeri deyəcəm, ora yığışarıq”.
Erməni şərhçi Qarabağda ləğv edilən separatçı rejimin Ermənistanda üzləşdiyi vəziyyətin Paşinyan hökumətinin də başına gələ biləcəyini ironiya ilə belə təsvir edib.
E.Andreasyan Ermənistanda hamının Hindistana gedəcəyini deməklə, ermənilərin Cənubi Qafqaza məhz oradan gəldiyi faktını da istəmədən xatırladıb.
Asif
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı







































