Qarabağ
Bakı qaytarılacaq 8 kənddə yeni struktur yaradacaq - Ermənilər nədən qorxur?
“Azərbaycan anklavların qaytarılması tələbindən əl çəkməyəcək və İrəvanın boğazını sona qədər sıxacaq”.
Publika.az xəbər verir ki, bu barədə İrəvan Dövlət Universitetinin politologiya kafedrasının professoru, politoloq Qarik Keryan deyib.
Onun sözlərinə görə, azərbaycanlılar geri qayıdıb bu kəndlərdə yaşayacaq.
“Mən artıq onların çıxışlarından pronozlaşdırıram ki, Azərbaycan gələcəkdə yeni bir komponent əlavə edəcək – qayıdan azərbaycanlıların təhükəsizlik məsələsi. Ermənistan tərəfi təhlükəsizliyin qarantiyası olmadığı üçün azərbaycanlıların məskunlaşacağı ərazilərdə təhlükəsizlik strukturlarına nəzarətin Bakının ələ alması tələbi də istisna deyil. Bunlar mənim proqnozlaşdırdığım reallıqlardır. Ən yaxşı variant odur ki, Ermənistan “Başkənd məsələsini” qaldırmasın, Azərbaycan da anklavları qaldırmasın. Başkənd bizim üçün o qədər də strateji yer deyil, amma Azərbaycanın tələb etdiyi anklavlar strateji əhəmiyyətə malikdir. Buna görə də Bakı İrəvanın boğazını sona qədər sıxacaq”, - Keryan bildirib.
Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Azərbaycan delimitasiya prosesində bu kəndlərin azad edilməsini tələb edir.
Asif
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



















.jpg)







.jpg)











