Gözlənilən qol ötürmələrinin sayına görə ən yaxşı 5 oyunçu: Arda, Batrakov…
Bizi izləyin

İdman

Gözlənilən qol ötürmələrinin sayına görə ən yaxşı 5 oyunçu: Arda, Batrakov…

Gözlənilən qol ötürmələrinin sayına görə ən yaxşı 5 oyunçu: Arda, Batrakov…

“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov Avropanın 32 aparıcı liqasında 90 dəqiqə ərzində gözlənilən məhsuldar ötürmə (xA) üzrə 22 yaşdan kiçik oyunçuların ilk beşliyinə daxil olub.

Publika.az xəbər verir ki, reytinqi beynəlxalq idman araşdırmaları mərkəzi olan CIES tərtib edib.

Batrakov hər oyunda orta hesabla 0,4 məhsuldar ötürmə edir ki, bu da Avropada gənc oyunçular arasında dördüncü ən yüksək göstəricidir. Reytinqdə ən yüksək göstəriciyə “Real Madrid”in futbolçusu Arda Gülər (0,72) malikdir. “Barselona”nın hücumçusu Lamin Yamal ikinci pillədədir (0,57).

CIES-ə görə, Avropanın ən yaxşı 32 liqasında 90 dəqiqə ərzində gözlənilən məhsuldar ötürmə sayına görə ən yaxşı 5 oyunçu:

1.Arda Gülər ​​(“Real Madrid”) – 0,72.

2.Lamin Yamal (“Barselona”) – 0,57.

3.Lütfi Dalipi (“Vaduts”) – 0,45.

4.Aleksey Batrakov (“Qalatasaray”) – 0,4.

5.Canluka Prestianni (“Benfika”) – 0,35.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm