Qarabağ
"Mifləşdirilmiş "Ohanyan səddi"nin keçdiyi yol minalardan təmizlənir"
Ermənistanın mifləşdirdiyi "Ohanyan səddi"nin keçdiyi Tərtər-Ağdərə yolu minalardan təmizlənir.
Publika.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib.
Onun sözlərinə görə, Tərtər-Ağdərə yolu antiterror tədbirlərindən sonra azad edilən yaşayış məntəqələri istiqamətində olan yoldur: "30 illik işğal müddətində bu yolda döyüş mövqeləri yerləşdirilib. Ermənistanın mifləşdirdiyi "Ohanyan səddi" bu yolun üzərindən keçirdi. Səddə tikanlı məftillər və tank əleyhinə kirpilər yerləşdirilib. Bu ərazilərdə kifayət qədər qarışıq minalar var. Həmçinin işğal dövründə separatçıların döyüş mövqeləri də burada yerləşib".
A.Eyvazov bildirib ki, mövqelər separatçılardan təmizləndikdən sonra kommunikasiya xətləri istifadəyə verilib: "Hazırda yol minalardan təmizlənib, nəqliyyatın hərəkəti üçün istifadəyə verilib, lakin, ərazi minadan tam təmizlənməyib. Bu ərazilərdə tank əleyhinə kirpilər və kənardan idarə olunan minalar da yerləşdirilib" .
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



















.jpg)







.jpg)











