Qarabağ
Parlamentlərarası İttifaqın baş katibi Ağdamda - Foto
Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Ağdam şəhərinə səfər edib.
Bu barədə Publika.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Parlamentlərarası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər müşayiət ediblər.
Ağdama gələn Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib.
Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar, Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar.
Sonra Martin Çunqonq Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri, o cümlədən Qarabağ xanlarının türbələri və yaşayış evi - “İmarət” Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Qonağa məlumat verilib ki, erməni işğalçılarının “Qafqazın Xirosiması”na çevirdikləri Ağdam yaxın illərdə tamamilə yenidən bərpa olunacaq, regionun ən gözəl şəhərlərindən birinə çevriləcək və doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl


























.jpg)









