Qarabağ
Cəbrayılda seçkilərə hazırlıq işləri başa çatdı
Cəbrayılın işğaldan azad olunan ərazilərində 4 seçki məntəqəsi yaradılıb və 3480 seçici qeydə alınıb.
Publika.az Secki-2024.az-a istinadən xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə ümumilikdə, 83 seçki məntəqəsi var və 56 min 439 seçici qeydə alınıb. Məntəqələrindən 4-ü işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində fəaliyyət göstərəcək.
Belə ki, 1184 nəfər Cəbrayıl şəhəri ərazisindəki 80 saylı seçki məntəqəsində, 1382 seçici 83 saylı seçki məntəqəsində, 419 seçici rayonun Soltanlı kəndi ərazisində Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində, 495 nəfər isə rayonun Daşkəsən kəndi ərazisindəki 82 saylı seçki məntəqəsində səs verə biləcək. Qeyd edək ki, seçicilər işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə 11 məntəqə Biləsuvar rayonu ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhər ərazisində yerləşir. İşğaldan azad olunan ərazilərdəki seçki məntəqələri də daxil olmaqla, dairə üzrə bütün seçki məntəqələrində hazırlıq işləri başa çatıb.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl


























.jpg)









