Qarabağ
Xocalıda quruculuq işləri belə aparılır - Foto
Bu yaz Xocalıda 50 evin çırağı yanacaq. Hazırda əsas işlər Xocalının mərkəzindən keçən magistral yolun ətrafında gedir.
Publika.az xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətinin məlumatında bildirilib.
Bildirilib ki, əsas yol, ətrafında salınmış yaşıllıqlarla birgə, 14 metrə qədər genişlənəcək. Bundan başqa, 167 hektar ərazidə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xüsusi nömrələnmiş 113 ev yenilənir.
Bu bahar Xocalıya 50 ailənin qayıdacağı gözlənilir. Köç prosesi sürətləndikcə, xocalılar yolboyu səliqə ilə düzülmüş 200-ə yaxın müasir, rahat həyət evlərində yaşayacaqlar.
Biri 5 mərtəbəli, digərləri 2-3 mərtəbəli 110 mənzillik binalar da tədricən istifadəyə veriləcək. Bundan əlavə, 18 hektar ərazidə “fin evləri” adlanan 92 kottecin təmiri bitmək üzrədir.
Eyni zamanda, tikinti ilə paralel olaraq müasir şəhər kimi dirçələcək Xocalıda böyük abadlıq işləri görülür - ağaclar budanır, yaşıllıqlar salınır.
Bakı Abadlıq Xidmətinin landşaft memarı Əhməd Erənin sözlərinə görə, Xocalı da çaykənarı, eynən Laçında, Həkəri ətrafında salınmış bulvar kimi gəzinti, istirahət yerinə çevriləcək. İlk sakinlərin köçməsi ilə şəhərdə iaşə obyektləri fəaliyyətə başlayacaq, müəssisələrin işi bərpa ediləcək. Artıq indidən yerli sakinlər quruculuq prosesinə cəlb ediliblər.
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama




































.jpg)

