Qarabağ
Bu, Paşinyana baha başa gələcək - ŞƏRH
Sərhəddəki son insidentlə bağlı müxtəlif suallarla yanaşı belə bir sualla da üzləşdim: “Erməni hərbçinin snayper atəşinə görə qarşı tərəfə zərbə endirmək vacib idimi, bu danışıqlar prosesinə zərbə vurmadımı?” Sual həm də belə əsaslandılırdı ki, Ermənistan Müdafiə Nazirliyi atəşin erməni hərbçisi tərəfindən açıldığını etiraf etmiş və həmin hərbçini cəzalandıracağını açıqlamışdı.
Publika.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu "Facebook" sosial şəbəkəsində yazıb. Politoloq təxribatçıların zərbə ilə cəzalandırılması qərarının bir neçə səbəbdən doğru olduğunu qeyd edib:
“Birincisi, snayper atəşi cavabsız qalsaydı, sonrakı günlərdə başqa erməni snayperlər də Azərbaycan ərazisinə atəş açmağa həvəslənəcəkdilər.
İkincisi, erməni postunun darmadağın edilməsi Ermənistanın Baş naziri Nikol Paşinyana mesaj idi ki, o, sülh sazişinin imzalanmasını yubatmaqla gərginliyin artmasına şərat yaradacaq, bu isə həm ona, həm də ölkəsinə baha başa gələcək.
Üçüncüsü, DSX-nin məhv etdiyi “Yerkrapa” terror təşkilatının üzvləri idi. Bu, Paşinyana digər mesaj idi ki, “Yerkrapa”nı sərhəddən uzaqlaşdırıb tərk-silah etməsə, Ermənistan üçün ağır nəticələri olacaq insidentlər yenə yaşanacaq”.
Politoloqun sözlərinə görə, əslində Nikol Paşinyan son insidenti əlində rəhbər tutaraq ordu üzərindəki nəzarəti gücləndirə bilər:
“Təsadüfi deyil ki, məlum insidentdən sonra Ermənistan ordusunda müxtəlif təyinatlar həyata keçirilib. Ancaq sərhəddəki olaydan bir gün sonra Ermənistana məxsus pilotsuz uçuş aparatının Kəlbəcərdəki mövqelərimiz üzərində kəşfiyyat aparmaq cəhdi onu göstərir ki, qarşı tərəf hələ gərəkən nəticələri çıxarmayıb”.
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
















.jpg)









.jpg)









