Qarabağ
İlham Əliyev qəzəblənsə... - Paşinyan Şahramanyana xəbərdarlıq edib
Ermənistan hakimiyyəti Qarabağdan İrəvana qaçan separatçılara Azərbaycan Prezidenti İlham Əliyevin qəzəbinə səbəb ola biləcək addım atmamaq tapşırığı verib. Bu barədə Samvel Şahramanyana açıq-aşkar xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.
Nəşr qeyd edir ki, separatçılar hakimiyyətin bu tapşırığına əməl etmək istəmədikləri üçün onlara qarşı addımlar sətləşir.
“Şahramanyana bildirilmişdi ki, “Yerablur”a getməsinlər, o cümlədən, heç bir bəyanat yaymasınlar. Şahramanyan xəbərdarlığa məhəl qoymadı, eləcə də (qondarma) “parlamentin təmsilçiləri” müsahibələr verdilər. Əldə etdiyimiz məlumata görə, (qondarma) “artsax hərəkatı”nın yaradıcıları da toplantı keçirib, hakimiyyətə qarşı tənqidlər səsləndiriblər. Şahramanyanın mühafizəçisinin həbs edilməsi də hakimiyyətin xəbərdarlıq addımı idi”, - nəşr yazır.
Asif
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi




































