Qarabağ
Paşinyan Münxendə bu kəndləri qaytarmağa razılaşıb, lakin... - DETALLAR
Ermənistanın baş naziri Nikol Paşinyanın hakim partiyanın deputatları ilə keçirdiyi qapalı iclasın təfərrüatları haqda məlumat yayılıb.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri 2,5 saat davam edən qapalı görüşdə Münxen görüşünün müzakirə edildiyini yazır.
“Görüşün əvvəlində Paşinyan Əliyevlə Qərb platformasında təmasların bərpasının müsbət hal olduğunu deyib. Münxendə razılıq əldə edildiyini, XİN rəhbərlərinin də görüşəcəyini bildirib. Lakin qeyd edib ki, sülh prosesi qeyri-müəyyən mərhələyə qədəm qoyub, bununla bağlı sıfır vəziyyət yaranıb, çünki Azərbaycan yeni tələblər irəli sürür. Hazırda bu tələb 4 kəndin qaytarılması (Qazaxın anklav olmayan kəndləri-red) ilə bağlıdır. Paşinyan deyib ki, Münxendə Əliyevlə görüşdən əvvəl bu tələbi avropalı həmkarları ilə müzakirə edib. Əliyevin tələbilə razılaşdığını deyib, lakin bir şərti var ki, Azərbaycan Ermənistan “ərazilərindən” çıxmalıdır” - nəşr yazıb.
“Azərbaycan Ermənistan “ərazilərindən” çıxmalıdır” məsələsi ordumuzun sərhəddəki mövqeləri ilə bağlıdır. Azərbaycan Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə nəzarət edir, Ermənistan isə iddia edir ki, bu ərazilər onlara “məxsusdur”. Paşinyanın iddiası da bundan qaynaqlanır.
“Hraparak” qeyd edir ki, Paşinyan görüşdə Zəngəzur dəhlizindən də bəhs edib. İddia edib ki, Rusiya dəhliz planına nail olmaq üçün Ermənistanda hakimiyyət dəyişikliyi planlaşdırır.
Asif
-
İKT20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama




































.jpg)

